29 Ağustos 2010 Pazar

İşinizdə xoşbəxt olmaqla zəngin olmaq istərdinizmi?

Əvvəlcə öz işinizi başlatmalısınız,təbii ki.
Amma başlatmadan əvvəl son qərarınızın bu olub, olmadığını təkrar bir nəzərdən keçirin. Öz işinizi qurmaq sizə görəmidir, bir daha nəzərdən keçirin.
Sonra bu yazını oxumağa davam edə bilərsiniz. Çünki bu yazı işində xoşbəxt olaraq zəngin olmağı (heç olmasa öz hədəflədikləri nağd miqdarı axışına çatmağı) məqsəd qoyan kəslərə istiqamətlənmişdir.
Niyə Xoşbəxt olmaq?

Çünki xoşbəxt olmanın qarşılığını hər zaman alırsınız.
Qısacası, iş həyatındakı xoşbəxtliyiniz müvəffəqiyyətiniz ilə doğru mütənasibdir. O səbəblə işinizi "xoşbəxt bir iş" halına gətirmək "müvəffəqiyyətli bir təşəbbüskar" ola bilməniz üçün şərtdir.

Gəlin baxaq,nədir iş həyatında xoşbəxtlik?

İşin təməlindən başlıyalım. İş həyatında xoşbəxtliyi təyin etmək o qədər də çətin deyil. Əslində təyin etməyə belə ehtiyac yoxdur. İşləyərkən özünüzü xoşbəxt hiss edirsinizsə,əslində işləmirsiniz kimi hiss edirsinizsə,işinizdə xoşbəxtsiniz deməkdir.

Yəni işində xoşbəxt biri;
• Etdiyi işdən zövq alar,
• Gözəl və keyfiyyətli iş çıxarar və bundan qürur duyar,
• Yaxşı insanlarla çalışar,
• Etdiyi şeyin əhəmiyyətli olduğunu bilər,
• Ortaya çıxardığı əsər təqdir edilər,
• Etdiyi işi borclu olaraq deyil; sevərək edər,
• Öz özünü motivasiya edə bilər; enerji ilə doludur,
• İşini tamamlayıb təqdim etdiyində müştərilərinin təəccüblərindən ağızları açıq qalar.
Bu maddələrdən nə qədər çoxu sizi əks etdirirsə; iş həyatınızda o qədər xoşbəxtsiniz deməkdir.



İş həyatında xoşbəxtlik;

• Sonsuza qədər sürməz

Hər vaxt darıxdırıcı,sıxıcı (amma mütləq edilməsi lazım olan) işlər olacaq. İşinizdə xoşbəxt olmaq hər saniyə ağızınız qulaqlarınızda dişini ağardaraq gəzməniz mənasını verməz. Amma heç olmasa xoşbəxt olduğunuz zamanların çətinliklərlə dolu zamanlara nisbətini artıra bilərsiniz.

• Əylənib oyunlar oynamaq deyildir.

Əyləncə və oyunlar da sizi xoşbəxt edər təbii ki. Amma xoşbəxt bir iş adamı etdiyi işdən xoşbəxt olar. İş xarici fəaliyyətlərdən deyil; işlə əlaqədar etdiklərinizdən xoşbəxt olmaqdır.

• Hiperaktiv olmaq deyildir.

Hər saniyə iş yoldaşlarınıza sarılıb, xoşbəxtliyinizi onlarla paylaşmaq və  qəribə görünmək məcburiyyətində deyilsiniz. Tamamilə səssiz, sakit və eyni zamanda xoşbəxt ola bilməniz də mümkündür.

• İnsanların seçiminə bağlıdır.

Xoşbəxtlik, insanların seçiminə bağlı olduğu kimi, hər kəsin iş həyatında xoşbəxt olmaq anlayışından anladığı şey də  fərqlidir. Hamımız fərqliyik və birimizi xoşbəxt edən bir hadisə və ya vəziyyət başqasını çox pis hiss etdirə bilər.


• Uzun vədəlidir

İş həyatında xoşbəxtlik burada və bu an olacaq; Uzun vədəlidir. İş həyatında xoşbəxtlik, bu gün, sabah, işinizi ya da iş qərarlarınızı dəyişdirdikdən sonra,yəni zamandan asılı olmayaraq xoşbəxt ola bilməkdir.

 İş həyatında xoşbəxtliyin özü də uğura aparan yoldur.Həm xoşbəxt ol,həm uğur qazan!

1 yorum:

  1. Gercekden de ish heyatinda xoshbext olmagin boyuk faydasi vardir.Kime gorese deyil,ozune gore calishmaği dushunmek daha yaxshidir. teshekkurler!

    YanıtlaSil