29 Ağustos 2010 Pazar

Zənginliyin sirri pul qazanmağı öyrənməkdədir

Çox sadə kimi görünən amma tətbiqə gəldiyində bir çox insanın  cəsarət edə bilmədiyi məsuliyyətlər yükləyən bir işdir pul qazanmağı öyrənmək.
Bu, itirmə qorxusunun qazanma arzusundan böyük olması sindromudur.
Ağıllı risklər ala bilmək üçün dəyişməyə açıq olmaq lazımdır, ən yaxşı dəyişiklik isə baxış tərzinizi dəyişdirməkdir.



Ehtiyac duyduğumuz şey 2 qulağımızın arasındadır.

Yoxsul və orta sinifdən insanlar pul üçün çalışarlar. Zənginin isə özü üçün çalışacaq pulu vardır.

Bunu bir az açsaq, bir iş yerinə gedib 1 ay çalışsanız və onu 50 illə çarpsanız çox insanın həyatlarını necə keçirdiklərini anlarsınız.Bu  ehtirasları tərəfindən deyil, qorxuları tərəfindən idarə olunan insanların qəbul etdikləri həyat formasıdır. Digər tərəfdən pulun bizim üçün işləməsini təmin etmənin yolu  varlığımızı tələb etməyəcək işlər görməkdən ibarət ola bilər. Bir iş qurub o işin başına professional bir idarəçi gətirmək, evdən çalışmaq, online satış təşkil etmək  bunlara nümunə olaraq göstərilə bilər.

Maliyyə savadı

Zəngin olmağı istəməyən az adam olar, amma maliyyə savadına sahib neçə adamın olduğu da müzakirə edilə bilər, çünki bir sərvəti açıqlayan şey sözlər deyil, rəqəmlərdir. Mühasiblikdə rəqəmlər deyil onların bizə söylədikləri əhəmiyyətlidir. Maliyyə savadının ilk şərti sərvət satın almaqdır, öhdəçilik deyil. Sərvət, cibinizə pul qoyan şeydir, borc isə cibinizdən pul alan. Maliyyə savadlılığında 4 əhəmiyyətli anlayış vardır:+gəlir, xərcləmə, sərvət və borc. Gəlirlərə nümunə olaraq maaşlarımızı; xərcləmələrə nümunə olaraq etdiyimiz alverləri, vergiləri; borclara nümunə olaraq kredit kartlarını, istehlakçı kreditlərini; sərvətə nümunə olaraq da əmlakları, zehni mülklərimizi, faizləri və səhmləri göstərə bilərik.



Harada İtiririk?

İtirdiyimiz ən qiymətli şey qaçırdığımız fürsətlərdir. Kiçik fürsətlər böyük cəhdlərin başlanğıcıdır. Bu gün qiymətli olan digər şey məlumatdır. Bill Gates niyə dünyanın ən zənginidir, düşündünüzmü? Ya da biz niyə onun qədər qazana bilmirik? O bizim bilmədiklərimizi bilir. Ən aktual məlumata sahib və bazara istədiyini verərək bu məlumatı sərmayələrində istifadə etməsini yaxşı bilir. Məlumat ən böyük zənginliyimizdir, ən böyük riski yaradan isə bilməməkdir. Maliyyədə zəka mövzusunda bir mütəxəssis olan və məsləhətçilik edən Robert Kiyosaki gənclərə qazanacaqları şeylər üçün deyil, öyrənəcəkləri şeylər üçün işlərini tövsiyə edir.


2 yorum:

  1. xeyirli olsun Selcan xanim

    YanıtlaSil
  2. Pul qazanmagi oyrenmek sirri her zaman maraq oByekti olub,amma her insan da bu senete laziminca sahiblene bilmeyib.Mence bu yazinizda musbet fikirler coxdur.Esasen zengin olma yolunu secenler ucun maraqli tovsiyyeler var.

    YanıtlaSil