31 Ağustos 2010 Salı

Dünyanın ən çox qazanan adamının sirri!

Dünyanın ən zəngin ikinci adamı, ABŞlı sərmayəçi Warren Buffettin dollar milyarderliyinə gedən yoldakı sirləri ortaya çıxdı. İngilis nəşr təşkilatı BBC, 'Dünyanın Ən Çox Qazanan Adamı' adı altında məşhur sərmayəçinin profilini çıxardı. Warren Buffett, ABŞın məşhur Forbes jurnalına görə, 40 milyard dollara sahibdir. Əvvəlki il dünyanın ən zəngin adamı olan Buffett, bir ildə 10 milyard dollar itirərək yerini yaxın yoldaşı Microsoft qurucusu Bill Gatesə qapdırdı. Ancaq Buffettin sərmayə dünyasındakı 'müdrik' mövqesi  dəyişmədi. ABŞın ortalarında olan Nebraska əyalətinin Omaha şəhərində öz halında bir həyat sürən Buffettin adı, sərmayə fəlsəfəsinə olan marağı səbəbiylə Omaha Kahininə çıxdı.





İşə 1962də toxuculuq fabriki Berkshire Hathaway hissələri alaraq başlayan Buffett, daha sonrakı illərdə Geico, Dairy Queen, Coca - Cola və Goldman Sachs sərmayələriylə bu günki vəziyyətinə çatdı. İllər içində Buffettin izlədiyi qanunlar isə dəyişmədi.
Buffettin illərdir izlədiyi qanunlar BBC tərəfindən yığıldı.

Buffettin qızıl qaydaları

- Qayda 1: Heç bir zaman pul itirmə. Qayda 2: Qayda 1i heç bir zaman unutma.
- Başqaları acgöz olduğu zaman qorx. Başqaları qorxduğu zaman acgöz ol.
- Ortalama bir firmanı möcüzə bir qiymətə almaqdansa, möcüzə bir firmanı ortalama bir qiymətə almaq çox daha yaxşıdır.
- Corab da hissə də olsa, keyfiyyətli malı qiyməti düşüncə almağı sevərəm.
- Şğhrət qazanmaq bir ömür sürər, onu yerlə bir etmək isə 5 dəqiqə.
- Böhranda nağdla cəsarət birləşsə buna heç bir şey baha biçilə bilməz.
- Anlaya bilmədiyiniz bir işə heç bir zaman sərmayə qoymayın.
- Bir şeyə 10 il boyunca sahib olmaqdan xoşbəxt deyilsinizsə, 10 dəqiqə belə əlinizdə tutmayın.



2 yorum:

  1. bele insanlara benzemek,geldikleri yere gelmek her bir gencin arzusudur.her zaman bu cur insanlara heyranliqla baxmisam.Azersun holdingin prezidenti Abdulbari Gözelin seminarinda istirak etmisdim,o geldiyi heyat yolunu,bu tebeqeye gelene kimi kecdiyi merheleleri danisanda butun seminar salonu agzi aciq ona qulaq asmidiq.bir nece gun o seminarin tesiri altinda qalmisdim ki demek ki insan isteyende bacara bilmeyeceyi hec ne yoxdu bu heyatda.yeter ki isteyesen!!!

    YanıtlaSil