3 Eylül 2010 Cuma

Robin Sharma: Ən Böyük Risk, Risk Almamaqdır

- Tanıdığın ən müsbət insan özün ol.
- İçdən və səmimi ol, hər vaxt (səsin titrəsə belə) gerçəkləri söylə.
- Zamanında olmağın lazım olan yerdə ol, gecikmə.
- Lütfən deməyi və təşəkkür etməyi unutma.
- Edə biləcəklərinin qədər söz ver, çoxunu et.
- İnsanları onları ilk gördüyündən daha yaxşı bir vəziyyətdə burax.
- Dostcanlı və şəfqətli ol.
- Birinci dərəcəli bir dinləyici ol.
- Digər insanlarla çox həvəsli şəkildə bağlı ol.
- Üzündən gülümsəmə əskik olmasın.




Bunlar (bu sıralama ilə yazıldığı halıyla) məşhur Ferrarisini Satan Müdrikin, Robin Sharmanın sözləridir.
Dönək onun verdiyi mesajlara.

İnsanlar çalışdıqları şirkətlərində mövqeləri və ya ünvanları nə olursa olsun, "liderlik davranışı" sərgiləyə bilərlər. Bunun üçün təklif olunan dörd taktika var:

1.) Özünüzə aid fərdi bir fəlsəfəniz (necə bir adam olmaq istədiyiniz) və dəqiq hədəfləriniz olsun. Bunları yazın, həftədə bir oxuyun.
2.) Günün ən çətin işi, səhər edəcəyiniz ilk işiniz olsun.
3.) Hər gün nizamlı olaraq ən az 1%′lik bir irəliləmə təmin edin.
4.) Düşünmək üçün özünüzə zaman yaradın. Səhərlər bir saat erkən oyanın. (3 həftə sonra alışarsınız).

Fərdi fəlsəfəniz, dəyərləriniz və hədəflərinizi tapmanıza köməkçi olmaq üçün bu sualı cavabı tükənənə qədər təkrar təkrar soruşub, hər dəfə də ayrı cavablar vermənizi istəyir:

- "Həyatındakı ən əhəmiyyətli şey nədir?"

Daha sonra eyni şeyi bu 2 sual üçün də etməniz lazımdır:

- "Həyatımda inkişafı lazım olan şey nədir?"
- "Ən çox nəyi etməkdən peşmanlıq duyursan?"

Bu üç suallıq tapşırığın ən ideal yolu başqa bir adam ilə qarşılıqlı bir kürsüdə və diz -dizə, göz -gözə oturaraq etməkdir. Qarşınızdakı eyni sualı sizə dəfələrlə (siz artıq fərqli bir cavab tapa bilməyincəyə qədər) soruşacaqdır. Gözlərinizi qarşınızdakı adamın gözlərindən qaçırmadan bunu edə bilmək o qədər asan deyil. Təcrübədən keçirin, işə yarayan bir çalışmadır.

1.000 adam ilə edilən bir araşdırmada insanların ən çox "peşmanlıq" duyduğu üç şey belə sıralanmışdır:

1.) Kaş ki, daha çox istirahət etmək üçün vaxt ayıra bilsəydim.
2.) Kaş ki, özümü (duyğularımı, dəyərlərimi, …) daha yaxşı ifadə edə bilsəydim.
3.) Kaş ki, daha çox sevgiylə dolu əlaqələr qura bilsəydim.

Yuxarıdakı diz -dizə, göz- gözə üsuluyla olmasa belə, cavablarını davamlı nəzərdən keçirməmiz lazım olan üç başqa sual daha:

- Nə olmaq istəyirsən? (Öldükdən sonra necə xatırlanmaq istəyərdin?)
- Həyatdakı ən böyük qorxuların nədir?
- Müvəffəqiyyətsiz olmayacağını əvvəldən bilmə şansın olsaydı nə etmək istəyərdin?

Öz hədəflərinizi təyin edərkən müsbət istinad nöqtələri təyin etmək, daha əvvəldən özümüzdə görə bilmədiyimiz potensialın ortaya çıxmasını təmin edər. Əgər istinad nöqtələrinizi dünya ölçəyindən seçsəniz də, ümidsiz anlarınızda belə bu istinadlar sizə güc verəcək:

- Uşaqlarımız: Şərtsiz sevgi və sərhədsiz maraq
- Lance Armstronq: Stabillik etmə və müqavimət göstərmə gücü
- Richard Branson: Həyatın hər anını dolu dolu yaşamaq
- Madonna: Özünü yenidən kəşf etmək
- Peter Drucker: Həyat boyu öyrənməyi davam etdirmək
- Nelson Mandela: Cəsarətli və insan ola bilmək

Liderlik sizlə başlar. Yəni özünüzlə…

- Verdiyiniz sözləri tutun. Gördüyünüz işdə çox yaxşı olun ki, sizi əhəmiyyətsiz hesab edə bilməsinlər. Fərq yaradın.
- Gündəlik kiçik də olsa böyük işlər üçün hərəkət edin.
- Sizə tərs gələn, qəbul etməkdə çətinlik çəkdiyiniz işlərdən qaçmayın, üzərinə gedin. İnkişaf ilə birgə dəyişməni də həyata keçirin. İnsanoğlunun ən xoşbəxt olduğu anlar böyüdüklərini, yəni inkişaf etdiklərini gördükləri zamanlardır.
- Aç qalın. Müvəffəqiyyət qədər müvəffəqiyyətsizliyi dəvət edən başqa bir şey yoxdur. Müvəffəqiyyətli olduqca aclıq səviyyəniz də artsın.
- Edə biləcəklərinizin altında söz verin, çoxunu edin. O əlavə kilometri getməkdən qaçınmayın. Nəticədə insanlara gözlədiklərindən daha çoxunu verin.



Bunlar da "müvəffəqiyyət" üçün verdiyi taktikalar:

- Səhərlər erkən oyanın. Məsələn 4′də və ya 5′də. İlk yarım saatı özünüzə ayırın. Qəhvə yoldaşlığında səssiz bir mühitdə gününüzü planlayıb fərdi hədəflərinizlə müqayisə edin. Kitab oxuyun, düşünün. Bu yarım saat müqəddəs zamandır.
- Sağlamlığınızı birinci növbeli edin. Nizamlı idman edin; sağlam yeməklər (yağsız, bol tərəvəz, bol su və vitamin əlavəsi) yeyin. Sağlamlıqdan sonra ən əhəmiyyətli şey ailədir. Xüsusilə uşaqlarınızla keyfiyyətli vaxt keçirin, onları tanıyın.
- Həyatdakı ən əhəmiyyətli məqsədiniz nə isə hər gün onun üçün mütləq bir şey edin.
- Hər gün sonunda o günü qiymətləndirin. Hədəflərinizi nəzərdən keçirin.

Çətin və çox da kef almadığınız bir iş görürsünüzsə (məsələn bir vərdişinizi dəyişdirmək, bir qorxunuzu məğlub etmək kimi) özünüzə heç olmasa 30 günlük bir müddət ayırın.

Həyatda xəyal etdiyimiz "dəyişiklikləri" etməmizə mane olan dörd faktor var:

- Qorxu: Bilinənin bilinməyənə olan üstünlüyü. Qorxduğun şey nəysə, artıq qorxmayana qədər onun üstünə get.
- Müvəffəqiyyətsizlik: Müvəffəqiyyətsiz olmaq istəmədiyimiz üçün həyata keçirməyə belə cəhd etməmək, halbuki ən böyük müvəffəqiyyətsizlik həyata keçirməyi başlaya bilməməkdir.
- Unutmaq: Kitablardan və ya seminarlardan öyrənib həyəcan eşitdiyimiz mövzuları gündəlik həyatın qarışıqlığı içində unutma meylində olmaq. Öyrəndiyimiz ən qiymətli şeyləri yazaraq davamlı görə biləcəyimiz yerlərə asmaqla bir həlli ola bilər.
- İnanc əskikliyi: Çoxu adamda şəxsi inkişaf mövzularına qarşı lağedici bir tutum vardır. Bu bəlkə də uşaqlıq yaşlarında yaşanan bəzi müvəffəqiyyətsizliklərdən qaynaqlana bilər. Halbuki müvəffəqiyyətə gedən yol müvəffəqiyyətsizliklərdən və risk almaqdan keçir.

Və indi də sırada "xoşbəxt olma" sirləri var:

- Yeni bir avtomobil sizi yalnız bir neçə həftə xoşbəxt edər. Yeni bir ev bir neçə ay. Gerçək xoşbəxtliyin açarı "xidmətçilikdədir." Digər insanlara "kömək" etməkdə. Aldıqlarımızın deyil, verdiklərimizin üzərinə tikilən bir həyat gerçək xoşbəxtliyi gətirər.
- Həyatı öz dəyər və qaydalarınla yaşa. Öz yarışını qaç. Yuxularına qarşı hörmətli ol.
- Ünvansız yaşamağı öyrən. (Bu vaxt bir yoldaşının verdiyi vizitkart onu çox təsir etmiş, kartında adının altında ünvan olaraq "Human Being" (İnsanoğlu] yazırmışdı.)
- Pul qazanmanın pis bir tərəfi yoxdur. Ancaq pul birinci prioritetə çıxdığında, sən pillələrin ən üstünə çıxsansa belə içində bir boşluq, əskiklik hiss edərsən. Kimsə məzarda sənin nə qədər zəngin olduğunla maraqlanmaz.

Ən böyük risk, risk almamaqdır.

Xərclənəcək ən pis şey isə həyatın özüdür. Sən doğulduğunda ağlayarkən, bizlər gülürdük. Elə bir həyat yaşa ki, öldüyündə sən gülərkən dünya ağlasın.

Beləliklə, sizə Ferrarisini Satan Müdrik Robin Sharmanın fikirlərini təqdim etdim.Oxuyub münasibətinizi bildirseniz çox şad olaram...

4 yorum:

  1. cox beyendim meqaleni.serhimi yazandan sonra tekrar oxuyacam.
    Sən doğulduğunda ağlayarkən, bizlər gülürdük. Elə bir həyat yaşa ki, öldüyündə sən gülərkən dünya ağlasın.
    bu cumle hal hazirda yatagimin bas ucunda duran kolendarda yazilib.3 gun bundan qabaq sentyabr sehifesine kecende oxudum.bir muddet tesiri altinda qaldim.
    butun fikirler cox cox oyredicidir.inanin Selcan xanim meqaleni hele ilk oxumamla birlikde heyat terzimde bir nece deyisiklik etmeye qerar verdim.tekrar oxuduqca bu qerarlarimin sayi artacaq yeqin ki.size cox tesekkur edirem bele bir meqale yerlesdirdiyiniz ucun.

    YanıtlaSil
  2. - Tanıdığın ən müsbət insan özün ol.
    - İçdən və səmimi ol, hər vaxt (səsin titrəsə belə) gerçəkləri söylə.
    - Zamanında olmağın lazım olan yerdə ol, gecikmə.
    - Lütfən deməyi və təşəkkür etməyi unutma.
    - Edə biləcəklərinin qədər söz ver, çoxunu et.
    - İnsanları onları ilk gördüyündən daha yaxşı bir vəziyyətdə burax.
    - Dostcanlı və şəfqətli ol.
    - Birinci dərəcəli bir dinləyici ol.
    - Üzündən gülümsəmə əskik olmasın.
    bunlari oxuduqca her birine sahib oldugumu dusundum.demek ki istesem yukselecek xaraktere sahibem.amma men is heyatinda yukselmeyi hec vaxt xeyal etmemisem.bu xarakterler mene ozel heyatimda komek olur.men bele daha xosbextem.

    YanıtlaSil
  3. Cox teshekkur edirem Aysel xanim,beyendiyinize sevindim.Robert Sharmanin fikirleri dogurdan da dushundurucudur.Her kes faydalana biler.

    YanıtlaSil
  4. mende faydalandim cox sag ol olun

    YanıtlaSil