16 Eylül 2010 Perşembe

ƏN BÖYÜK QURUCULAR VƏ TƏŞƏBBÜSÇÜLƏR

1. Stefen Beçtel. İnşaat sektorunun ən məşhur şirkəti “Betçel Korporasiya­sı”­­nın qurucusu.
2. Leo Burnett. Dünyanın ən tanınmış reklamçısı və “Leo Burnett Uorld­vayd” şirkətinin qurucusu.
3. Uillis Carrier. Hava kondisionerləri, isitmə və dondurma sistemləri isteh­salı üzrə dünyanın ən böyük şirkətlərindən biri olan “Karrier Korpo­ra­si­yası”nın qurucusu və hava kondisionerlərinin ilk ixtiraçısı.


1. Uolt Disney. “Uolt Disney Korporasiyası”nın qurucusu və animasiya mul­ti­mediasının ilk imperatoru.



1. Henri Ford. “Ford Motor” şirkətinin qurucusu və avtomobil dünyasının bir nömrəli adamı. İlk dəfə kütləvi maşın istehsalı prosesini təqbiq edən və işçi­lərə yüksək məvacib verərək ABŞ-da orta təbəqə əhalinin forma­laş­ma­sın­da önəmli rol oynayan insan.
2. Bill Qeyts. 46.5 milyard ABŞ dolları mal varlığı ilə dünyanın ən zəngin adamı və mikrokompüter sahəsinin pionerlərindən olan “Microsoft şirkəti”­nin qurucusu.
3. Amadeo Qiannini. “Bank of America”nın qurucusu və bir çox müasir bank əməliyyatlarının təşəbbüsçüsü.
4. Rey Krok.  Makdonald  qardaşlarının 1940-cı ildə açdıqları restoranı alıb 1955-ci ildə “Makdonalds Korporasiyası”nı quraraq, “fast-food” sənayesin-də­ inqilab yaradan adam.
5. Este Lauder. Parfümeriya və kosmetika sahəsində dünyanın ən nəhəng şir­kət­lərindən biri olan “Este Lauder” şirkətinin qurucusu.
6.       Uilliam Levitt. Müasir amerikan suburbanizasiyasının atası hesab edi­lən adam.
7.       Luis B. Mayer. Dünyanın ilk kino rejissorlarından biri.
8.       Laki Lusiano. Müasir cinayət sindikatının atası hesab olunan insan.
9.       Çarles Merril.  “Merril Linç” şirkətinin qurucusu və amerika xalqının səhmdar xalq olmasında önəmli rol oynamış insan.
10.    Akio Morita. “Soni” şirkətinin güvənli marka olmasında böyük rolu olan iş adamı və volkmenin ixtiraçısı.
11.    Ualter Reuter. İşçi haqqlarının müdafiəsi naminə çalışan və bu konteksli hərəkatlara öndərlik etmiş adam.
12.    Pete Rozelle. Milli futbol liqasının dünyanın ən məşhur idman oyun­ları liqası olmasında mühim rolu olan insan.
13.    David Sarnoff. “Radio Corporation of America” şirkətinin idarəçilərin­dən biri.
14.    Juan Trippe. Hava limanı sahibi və bu sahənin pionerlərindən biri.
15.    Sem Uolton. ABŞ-ın pərakəndə satışla məşğul olan nəhəng şirkəti “Wal-Mart”ın qurucusu.
16.    Tomas Uotson.  “IBM”in qurucusu və vəfat etdiyi zamanlarda dünya­nın­ ən böyük satıcısı hesab olunan adam.
17.    ______________. Boşluğa  adınızı yazın. Bu sizsiniz. Böyük bir sər­vətin və nəhəng bir şirkətin sahibisiniz. Sahənizdə tayı-bərabəri olmayan yek mü­tə­xəssissiniz. Və budur, son model “Rolls Roys”unuzdan aşağı endiniz. Bir anda ətrafınızda media nümayəndələri, yoldan keçən insanlar toplandı. Siz heç kəsə fikir vermədən əmin addımlarla kitab evinə daxil oldunuz. Böyük oxucu kütləsinin marağını cəlb edən “Müvəffəqiyyətə Gedən Yol” adlı kitabı almaq idi məqsədiniz. Kitabı əlinizə götürüb səhifələdiniz. “Əsrin ən böyük qurucuları və təşəbbüsçüləri” başlıqlı yazıda öz adınızı gördünüz. Sizə nə həyəcanlandırıcı, nə də təəccüblü gəldi... Çünki reallıq belə idi.
Əminəm ki, gülümsəyəcəksiniz. “Mənim bununla yaxından- uzaq­dan əlaqəm yoxdur”, “Mən hara, məşhurluq hara?”, - deyəcəksiniz.
Əvvəlcədən də qeyd etmişdim. Hələ də müəyyən etdiyiniz məhdu­diy­­yətlər çərçivəsindən çıxmağa hazır deyilsiniz.
Halbuki, hər şey öz əlinizdədir – sevgi, müvəffəqiyyət, öz güvən, səmi­miyyət, hüzur,... Bunlara nail olmaq yolunda lazım olan şey isə məh­kum etdiyimiz, utandığımız, gizlətdiyimiz yanlarımıza sarılmaq və aydınladıldıqda necə böyük enerji və güc qaynağı olduqlarını müşahidə etməkdir. Ətrafımızda heç kimsə yoxdur. Özümüzdə yox dediyimiz, gizlətməyə çalışdığımız xüsusiyyətləri başqalarına yansıdılmış görürük. Yetər ki, qabiliyyətlərimizə işıq tutmağa istəkli olaq. Biz dəyişdiyimizdə ətrafımızın dəyişdiyini görmək daha keyfli olacaq.
Əgər dəyişməyə hazırıqsa, necə dəyişəcəyik? Bizi hansı yollar müvəffəqiyyətə götürəcək? Müvəffəqiyyət şans işidirmi, yoxsa onun da prin­sipləri var?
“Atillanın qələbə sirləri” kitabının yazarı Uess Roberts “Bir işdə müvəffəq olmanın şansla əlaqəsi yoxdur. Müvəffəqiyyət diqqət, düşüncə və çalışmağı lazım qılır, şans isə ancaq lotereya, rulet ya da qumar oynayarkən işə yaraya bilər”, - deyir. Demək, qəbul etmək lazımdır ki, müvəffəqiyyət şans işi deyil, onun da yolu və prinsipləri var.
Amerikada müxtəlif sahələrdə müvəffəq olmuş yüzdən çox insanın həyatı tədqiq edilmiş, yirmi il sürən araşdırma və analizlər nəticəsində müvəffəqiyyətin qızıl prinsipləri müəyyən olunmuşdur. Henri Ford, Tomas Edison, Con Rokfeller, Teodor Ruzvelt, Aleksandr Qreham Bell və Andryu Karnegie kimi qərbin məşhur adamlarının da həyatlarının təhlil edildiyi bu araşdırmaya görə müvəffəqiyyətin prinsipləri belədir:
1.       Özünü kəşf etmək
2.       Xəyal qurmaq
3.       Hədəf müəyyənləşdirmək
4.       İnanmaq və əzmlə çalışmaq
5.       Əngəllərlə mübarizə
6.       Gözəl görmək
7.       Fürsətləri qiymətləndirmək
8.       Zamanı qiymətləndirmək
9.       İnsanlarla uğurlu münasibətlər qurmaq
10.   İşi bitirmək
Bəlkə çoxunuz dərslərdə olduğu kimi bu yolda da prinsiplərin olduğunu görüb, çəkiləcəksiniz. “Yenəmi prinsiplər?”, - deyəcəksiniz. Bir az realist olun və unutmayın ki, müvəffəqiyyət, ancaq prinsiplərinə və şərtlərinə əməl olunduğu zəmində reallaşır.
1946-cı ildə müharibənin xarabaxanaya çevirdiyi Tokyoda yanmış bir mağazanın üçüncü mərtəbəsində qurulan və sonralar dünyanın nəhəng şirkətləri arasına qatılan “Soni”nin məşhur idarəçisi Akio Morita “Made in Japan: Akio Morita & Sony” adlı kitabında belə yazır:
“Yaponiyanın idarəetməsi o qədər yaxşıdırsa, niyə hər il on səkkiz min yapon şirkəti iflas edir”, - deyə soruşmuşdu amerikalı bir dostum. Cavabı çox bəsitdir. Dünyadakı digər şirkətlər hansı səbəbdən iflas edirsə, yapon şirkətləri də eyni səbəbdən iflas edir. Bir çox şərt yerinə yetirilməzsə, yapon şirkətlərini müvəffəq edəcək gizli bir formul və sehr yoxdur.
Deməli, müvəffəqiyyət şərtlərinə riayət edilmiş fəaliyyətlərin məntiqi nəticəsidir. Ona qovuşmaq üçün nə lələyi yandırılaraq gələn zümrüd quşuna, nə də Ələddinin sehrli çırağından çıxan cinə ehtiyac var. Sadəcə prinsip və şərtlərinə əməl etmək, əmin addımlarla müvəffəqiyyətə doğru irəliləmək lazımdır.  Buyur, yol sənindir. Yolçu yolunda gərək.

Hiç yorum yok:

Yorum Gönder