4 Eylül 2010 Cumartesi

Şəbəkə marketinqi haqqında anlayışımız olsun

Şəbəkə Marketinqi birbaşa satışla məşğul olan şəxslərə fərdi olaraq təşkil etdiyi məhsul satışlarının həcminə görə həmçinin şirkətə dəvət etdikləri digər şəxslərin satış həcminə əsasən mükafat ödəyən marketinq növüdür. Adətən bu cür marketinq növü ilə məşğul olan şirkətlər özlərini və öz məhsullarını müştərilərə birbaşa yəni, vasitəçilər (reklam, mağaza, topdan satıcılar və s.) olmadan təqdim edirlər. Şirkətlərin məhsul satışı azad distribyutorlar tərəfindən həyata keçirilir.


Azad distribyutorlar ( yaxud azad nümayəndələr, dillerlər, frençayz sahibləri, satış məsləhətçiləri), ana şirkəti təmsil edir və yaratdıqları biznes təşkilatlarının (şəbəkələrinin) daxili məhsul satışı həcminə görə şirkətdən mükafatlandırıcı gəlir çeklərini alırlar.
Azad distribyutorlar öz biznes təşkilatlarını iki yolla inkişaf etdirirlər. Birinci yol ana şirkətdən birbaşa məhsul alan aktiv müştəri bazası yaratmaq, ikinci yol isə daha sonra öz biznes təşkilatlarını quracaq olan azad distribyutorlardan ibarət biznes şəbəkəsini yaratmaqdır.
Yeni biznes fürsətlərini axtaran şəxlərin bir çoxu üçün şəbəkə marketinqi hələ də sirr olaraq qalır. Bir qayda olaraq öz məhsullarını şəbəkə marketinqi vasitəsiylə satan şirkətlər, piramida və digər buna bənzər fırıldaqçı sistemlərə bənzədilir. Əlli ildən çoxdur ki, şəbəkə marketinqi ilə məşğul olan şirkətlər dünyaya onlarla milyonçunu tanıtdırmışdır. Lakin buna baxmayaraq bu cür bizneslə məşğul olan insanların 90 %-i bu biznesdə uğur əldə edə bilmirlər. Gəlin bunun səbəbini və ümumiyyətlə şəbəkə marketinqinin nə olduğunu daha ətraflı araşdıraq.

Mahiyyət etibarı ilə şəbəkə marketinqi tövsiyyə etmək biznesidir. Bəzi şirkətlər öz məhsullarını ənənəvi olaraq mağazalarda (icarə haqqı, lizinq, işçilərin maaşları və reklam xərclərini ödəmək şərtiylə) satmaq əvəzinə, bu məhsulları müştərilərdən ibarət olan şəbəkələrə birbaşa olaraq satmağı üstün tuturlar. Bunun isə çox məntiqli bir səbəbi var. Adətən belə şirkətlər cüzi vəsait sərf edilsə belə daha sürətlə inkişaf edir və tez bir zamanda böyüyürlər. Çünkü mağazaları regional və beynəlxalq səviyyədə artırmaq, inkişaf etdirmək və onların tam fəalliyyətini təmin etmək üçün külli miqdarda vəsaitə və vaxt kəsiyinə ehtiyac duyulur. Bir çox hallarda isə mağazalara qoyulan vəsait özünü doğrultmur.


Şəbəkə marketinqi ilə məşğul olan şəxslər ana şirkətlərin məhsullarını digər şəxslərə birbaşa sataraq şirkət distribyutoru vəzifəsini icra etmiş olurlar. Xatırladaq ki, məhsulların satış növü (topdan və ya pərakəndə) və satış həcminə görə verilən mükafat ödəmə planı şirkətdən-şirkətə dəyişir. Buna görə hər hansı bir şirkətə müraciət edərkən həmin şirkətin biznes potensialını, məhsul satış həcmini, mükafat ödəmə planını yaxından incələməyi sizə tövsiyyə edirik.
Networker (şəbəkə halında birbaşa satışla məşğul olan şəxs) şəxsi biznesini böyütmək üçün yeni distribyutorları öz şəbəkəsinə daxil etmə potensialına malikdir. Networker şəbəkəsinə daxil etdiyi yeni distribyutorları (gələcək networker-ləri) müvafiq təhsil və təlim vəsaitləri ilə təmin etməlidir. Bir çox hallarda şəbəkə marketinqi ilə məşğul olan nəhəng şirkətlər öz distribyutorlarının keyfiyyətli təhsil və təlim ala bilməsi üçün külli miqdarda vəsait sərf edərək hər il böyük biznes konferansları, təlim seminarları və təqdimat mərasimlərini keçirirlər.

 Digər tərəfdən yenicə şəbəkəyə qoşulmuş distribyutorlar özləri fəal olmadığı təqdirdə heç bir naliyyət əldə edə bilmir. Yenicə biznesə qoşulmuş networker-lərə elə gəlir ki, bütün işi onların yerinə onları işə dəvət edən şəxs görəcək və bununla da onlar tez bir zamanda varlanacaqlar. Bu cür düşüncə tərzi onların tezliklə işdən soyumasına və işi dayandırmalarına gətirib çıxarır. Halbuki bu biznes növündə insanların əldə etdiyi gəlir onların bu işə sərf etdiyi əməklə paraleldə böyüyür. Şəbəkə marketinqi ilə məhsul satan şirkətlərin bir nömrəli düşməni əhaliyə tez bir zamanda varlanmaq vədini verən və onların pulunu məngirləyən piramida sistemləridir.

2 yorum:

  1. bu sistemi marketing dersinde kecmisdik.en sevdiyim derslerden biri marketing idi.sirketler hamisi bu sistemden istifade ede bilse yeqin ki cox boyuk irelileyis elde ede bilerler.

    YanıtlaSil
  2. Teshekkurler,Aysel xanim!

    YanıtlaSil